Azərbaycan Ordusu “Smerç” raketlərindən istifadə etdi - BAKU TV

Azərbaycan Ordusu “Smerç” raketlərindən istifadə etdi - BAKU TV Cari ilin döyüş hazırlığı planına əsasən Raket və Artilleriya Qoşunlarının bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq ərazidə açılma, atəş mövqelərinin tutulması və texnikanın döyüşə hazır vəziyyətə gətirilməsi üzrə tapşırıqları yerinə yetiriblər. Real döyüş şəraitinə uyğun keçirilən təlimlərdə bölmələr “Smerç“ reaktiv yaylım atəş sistemi və “DANA“ özüyeriyən haubitsalardan nümunəvi döyüş atışları icra ediblər. Şərti düşmən hədəflərinin sərrast atəşlə məhv edildiyi təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib. Təlimin keçirilməsində əsas diqqət komandir heyətinin çevik qərar qəbuletmə qabiliyyətinin, bilik və bacarıqlarının təkmilləşdirilməsi, döyüş əməliyyatları zamanı fəaliyyətlərinin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, eləcə də şəxsi heyətin səhra vərdişlərinin və praktiki vərdişlərinin artırılmasına yönəlib. Azərbaycan Ordusu “Smerç” raketlərindən istifadə etdi © 2023 © All Rights Reserved ℗ Baku TV #ordumuz #smercraketi #telim
Back to Top