Ana, əsgər gedirəm. Ana esger

Söylə xeyir duanı, Ana əsgər gedirəm Gətir öpüm Quranı, Ana əsgər gedirəm Üçrəngli bayrağımı Dönə-dönə öpərəm, Yurdun hər qarışını Candan əziz bilərəm! Sil gözünün yaşını Uca saxla başını Sevdim Vətən daşını Ana əsgər gedirəm. Ölsəm qara bağlama, Oğul deyib ağlama Tanrımıza qarğıma, Ana əsgər gedirəm. Vətən çağırır məni, Gedim qoruyum səni Anacan, gözlə məni, İndi əsgər gedirəm.
Back to Top