Paşinyan: Dəmir yolunun yenidən istifadəsi barədə razılıq əldə etdik | Baku TV |

Paşinyan: Dəmir yolunun yenidən istifadəsi barədə razılıq əldə etdik | Baku TV | Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşdə dəmir yolunun yenidən istifadəyə verilməsi haqqında razılıq əldə etdik. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 14-də Brüsseldə keçirilən görüşdən sonra sosial şəbəkə hesabındakı paylaşımında deyib. O bildirib ki, müvafiq olaraq dəmir yolu beynəlxalq səviyyədə qəbul olunmuş sərhəd və gömrük qaydalarına uyğun qarşılıqlı prinsip əsasında ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərəcək. Ermənistan İran İslam Respublikası və Rusiya Federasiyasına dəmir yolu ilə çıxış əldə edəcək. “Biz həmçinin ünsiyyəti davam etdirmək barədə razılğa gəldik”, - deyə şinyan əlavə edib. *************** Baku TV 2018-ci ilin fevral ayında xəbər kanalı kimi fəaliyyətə başlayıb. Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaq
Back to Top