Ermənistan Müdafiə Nazirliyi itkilərini açıqladı - Baku TV

Ermənistan Müdafiə Nazirliyi itkilərini açıqladı - Baku TV Ermənistan Müdafiə Nazirliyi ötən gün Azərbaycanla sərhəddə baş verən toqquşmalar nəticəsində itkilərinin sayını rəsmi olaraq açıqlayıb. Qurumdan bildirilib ki, toqquşmalar nəticəsində bir hərbçi ölüb, 13 nəfər Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanılıb. Daha 24 nəfərin aqibəti barədə isə məlumat yoxdur. Düşmən yenə də itkilərinin sayını qəsdən az göstərməklə daxili auditoriyasını sakitləşdirməyə çalışır. Yəqin ki, yaxın vaxtlarda itkin düşən 24 nəfərin hansısa qəzada öldüyü bildiriləcək. Ermənistan Müdafiə Nazirliyi həmçinin iki döyüş postunun Azərbaycan Ordusunun nəzarətinə keçdiyini açıqlayıb. ________________________________ Pulsuz Elanlar: Website: Bizi izləyin: **** Bizi Sosial Şəbəkələrdə izləyin Facebook: Instagram: Tiktok: **** Kanalım
Back to Top