Paşinyan: Erməni qoşunlarının Zəngəzurdan çıxmasını mən əmr etmişəm - Baku TV

Paşinyan: Erməni qoşunlarının Zəngəzurdan çıxmasını mən əmr etmişəm - Baku TV Zəngəzurdan hərbi birliklərin geri çəkilməsi əmrini şəxsən mən vermişəm. Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün parlamentdəki çıxışında deputatların suallarını cavablayarkən deyib. Onun sözlərinə görə, bu qərar hərbi əməliyyatların yenilənməsinə imkan verməmək üçün atılıb. Paşinyan müvəqqəti də olsa, strateji mahiyyət daşıyan yolu itirməmək üçün çalışdıqlarını deyib. Ermənistan blokunun üzvü Anna Qriqoryan 2020-ci il dekabrın 18-də verilən bu əmrdən sonra Azərbaycan Ordusunun əraziyə girdiyini bildirib. Paşinyan həmçinin bildirib ki, Ermənistan 7 rayonun qaytarılması barədə saziş imzalamışdı. Yəni Şərqi Zəngəzurdan geri çəkilməli idi və bu, artıq yeni xəbər deyil. Paşinyan əmri özünün verdiyini, keçmiş müdafiə naziri Vaqarşak Arutyunyanın isə icra etdiyini bildirib. ________________________________ Pulsuz Elanlar: Website: Bizi izləyin:
Back to Top