Laçında şəhid olan əsgərimiz doğulduğu kənddə dəfn olunacaq - BAKU TV

Laçında şəhid olan əsgərimiz doğulduğu kənddə dəfn olunacaq - BAKU TV Aktual xəbərlərimiz Avqustun 3-ü şəhid olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu əslən Şəmkirdəndir. Anar Kazımov 2004-cü il, fevralın 16-da rayonun Qaracəmirli kəndində doğulub. O, bu ilin aprel ayında Şəmkir hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Hazırda doğulduğu rayonda şəhidin dəfni ilə bağlı hazırlıq işləri görülür. Xatırladaq ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Ordumuzun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Nəticədə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir. Sosial şəbəkələrimiz © 2022 © All Rights Reserved ℗ Baku TV Laçında şəhid olan əsgərimiz doğulduğu kənddə dəfn olunacaq #bakutv #sehidimiz #4ayinesgeri #xeberler #news #bakutvxeber #bakutv #bakutvnews #xəbərlər
В начало