Laçın təhvil verilir? - BAKU TV

Laçın təhvil verilir? - BAKU TV Aktual xəbərlərimiz Son günlər sosial mediada Laçın rayonun təhvil verilməsi ilə bağlı məlumatlar yayılıb. Hətta bunun üçün vaxt da təyin edilib. Həmçinin Laçında videogörütüntülər paylaşılaraq ərazinin tamamilə ordumuzun nəzarətinə keçməsi ilə bağlı iddialar yayılıb. Biz də bu xəbərin həqiqəti nə dərəcə əks etdirdiyini araşdırdıq. Əvvəla, onu deyək ki, Azərbaycan-Rusiya-Ermənistan arasında 2020-ci il, noyabrın 10-da imzalanan bəyanatın 6-cı bəndinə uyğun olaraq Laçın rayonunun təhvil verilməsi üçün əvvəlcə eyniadlı dəhlizə alternativ yol çəkilməlidir. Üstəlik, bu yol sənəd imzalandığı gündən sonrakı 3 il ərzində tamamlanmalıdır. Deməli, Laçın dəhlizinə alternativ yol ən gec gələn ilin sonlarında hazır olmalıdır. Amma onun tikintisini həyata keçirən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yolun daha tez hazır olacağını bildirir. Yeni yol istifadəyə verildikdən sonra Laçın şəhəri Azərbaycana təhvil veriləcək. Rəsmi Bakı Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşlığını qəbul edəcəyi təqdirdə təhlükəsizliyinə və daha yaxşı həyatla təmin ediləcəklərinə təminat verir. Sosial şəbəkələrimiz © 2022 © All Rights Reserved ℗ Baku TV #bakutv #lacindehlizi #lacin #lacinkoridoru #xeberler #news #bakutvxeber #bakutv #bakutvnews #xəbərlər Laçın təhvil verilir? - BAKU TV
Back to Top