Laçında daha 18 ailəyə evlərin açarları təqdim olunub

#gündem #böyükqayıdış #laçın Açarların təqdim edilməsi mərasimində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Laçın rayonunda Bərpa Tikinti və İdarəetmə xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər şəxslər iştirak ediblər. Ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskunlaşıblar. Bununla da Laçın şəhərində 552 ailə yəni 2031 nəfərin daimi məskunlaşması təmin edilib. Copyright © -------------------
Back to Top