Şükürbəyli-Cəbrayıl-Hadrut yolunda asfaltlanma işlərinə başlanılıb

- 39.7 km-lik yol 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir - Yolun ilk 11 km-lik hissəsində torpaq və suni qurğuların inşası işləri bitib - Sözügedən ərazidə artıq asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur - Digər hissələrdə 21.5 m enində yol yatağı və yol əsasının tikintisi aparılır - Yol boyu 38 boru və 7 su keçidi və 11 yolaltı keçidin tikintisi də görülür - Artıq 12 dairəvi boru və 5 yolaltı keçidin inşası yekunlaşıb - Yolun 1, 18, 19, 26, 30 və 38-ci km-lik hissələrində 6 körpü də inşa edilir - İşləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən həyata keçirilir - Yol Xocavənd, Füzuli və Cəbrayılın 20-ə yaxın yaşayış məntəqəsini əhatə edir #BütünYollarQarabağaAparır
Back to Top