M. Füzuli “Dust bipərva fələk birəhm“ qəzəli, ifa V. Azəryar

Dust bipərva, fələk birəhm, dövran bisükun, Dərd çox, həmdərd yox, düşmən qəvi, tale’ zəbun. Sayeyi-ümmid zail, afitabi-şövq gərm, Rütbeyi-idbar ali, payeyi-tədbir dun. Əql dun-himmət, sədayi-tənə yer-yerdən bülənd, Bəxt kəmşəfqət, bəlayei-eşq gün-gündən füzun. Mən qəribi-mükü rahi-vəsl pürtəşvişü məkr, Mən hərifi-sadəlövhü dəhr pürnəqşü füsun. Hər səhiqəd cilvəsi, bir seyli-tufani-bəla, Hər hilaləbru qaşı, bir sərxəti-məşqi-cünun. Yeldə bərgi-lalə tək təmkini-daniş bisəbat, Suda əksi-sərv tək təsiri-dövlət vajigun. Təfriqə hasil, təriqi-mülki-cəmiyyət məxuf, Ah bilmən neyləyim, yox bir müvafiq rəhnümun. Çöhreyi-zərdin Füzulinin tutubdur əşki-al, Gör ona nə rənglər çəkmiş sipehri-niligun.
Back to Top