Azərbaycan Ordusunda nümunəvi tabor taktiki təlimi keçirilib

Azərbaycan Ordusunda nümunəvi tabor taktiki təlimi keçirilib 2022-ci ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda nümunəvi tabor taktiki təlimi keçirilib. Real döyüş şəraitinə uyğunlaşdırılmış təlimin planına uyğun olaraq əldə edilən kəşfiyyat məlumatına əsasən şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi müəyyənləşdirilib. Mümkün təxribatın qarşısını almaq məqsədilə daimi dislokasiya məntəqəsini tərk edən tabor cəmləşmə rayonu istiqamətində hərəkət edib və şərti düşməni zərərsizləşdirərək ilkin tapşırığı müvəffəqiyyətlə yerinə yetirib. Növbəti mərhələdə müşahidə postları qurulub və bölmələr tərəfindən yaşayış məntəqələrində axtarış əməliyyatları icra olunub. Təlimin keçirilməsində əsas məqsəd taborun döyüşə hazırolma vəziyyətinə gətirilməsi zamanı qərargah fəaliyyəti ilə bölmələr arasında qarşılıqlı əlaqəni təkmilləşdirmək, eləcə də komandirlərin döyüşü idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaqdır. Yüksək peşəkarlıqla görülən fəaliyyətlər nəticəsində təlimdə qarşıya qoyulmuş bütün məqsədlərə nail olunub. ____ В Азербайджанской Армии проведены показательные батальонно-тактические учения В соответствии с планом боевой подготовки на 2022 год, в Азербайджанской Армии состоялись показательные батальонно-тактические учения. На основании разведданных, полученных в соответствии с планом учений, адаптированных к условиям реального боя, была определена территория вероятного совершения провокации диверсионной группой условного противника. Покинув пункт постоянной дислокации в целях пресечения возможной провокации, батальон выдвинулся в район сосредоточения и успешно выполнил первое задание, нейтрализовав условного противника. На последующем этапе были установлены наблюдательные посты, подразделения провели поисковые операции в населенных пунктах. Основной целью проведения учений является совершенствование взаимодействия между штабом и подразделениями при приведении батальона в состояние боевой готовности, а также развитие навыков командиров по управлению боем и оперативному принятию решений. В результате действий, выполненных с высоким профессионализмом, были достигнуты все поставленные на учениях цели. ____ Demonstration battalion tactical exercises were held in the Azerbaijan Army In accordance with the combat training plan for 2022, demonstration battalion tactical exercises were held in the Azerbaijan Army. According to the plan of the exercise, held in conditions close to real combat, the area of a possible provocation by an imaginary enemy’s sabotage group was determined on the basis of intelligence data. The battalion left the point of permanent deployment, moved to the assembly area, and by neutralizing the imaginary enemy successfully fulfilled the initial task to suppress a possible provocation. At the next stage, observation posts were established, and search operations were conducted by units in human settlements. The main objectives of the exercises are to improve the interoperability between the headquarters and units when bringing the battalion into a state of combat readiness, as well as to increase the commanders’ battle management skills and prompt decision-making abilities. As a result of the activities carried out with high professionalism, all the assigned goals were achieved during the exercises
Back to Top