MASALLI: Tarixi, Coğrafiyası, Turizmi, Gəzməli Görməli Yerləri, İstirahət Mərkəzləri, Gözəl Kəndləri

Bakı – Masallı arası məsafə 232 km-dir. 1930-cu ildən inzibati rayondur. XIX əsrdə Lənkəran qəzasına daxil idi. Ərazi iki hissəyə bölünür: Talış dağları və Lənkəran ovalığı. Bir tərəfdən Xəzər dənizi, digər tərəfdən dağlarla əhatə olunub. Bir cənub şəhərində Masallı Talış dağlarının dağətəyi və alçaq dağlıq hissələrində yerləşir. Çox sayda dağ çayı var. Çaylardan daha səmərəli və geniş istifadə edə bilmək üçün 1979-cu ildə Viləşçay su dəryaçasını yaradıblar. Şəhər stresindən qaçan paytaxt sakinlərinin burada ən sevimli məşğuliyyəti balıq ovudur. İsti yay aylarında sərinləmək üçün Masallılar Viləşçay su anbarına üz tuturlar. Qadınlar isə bu haqda xəyal belə edə bilməzlər. Bura Masallının gözəl təbiət mənzərəsi olan yerlərindən biridir. Viləşçay su dəryaçası, meşə və dağ panoramı sərin və sakit yerdə dincəlmək istəyənlər üçün ən doğru ünvandır. İstisu yolunun üstündə İsi kəndi yazılan lövhədən içəri daxil olub, evlərin arasıyla bir az yol getmək lazımdır. Kəndin qurtaracağındakı yüksəklikdə, ağacların altında bir restoran var. Yalnız yay aylarında çalışır. Masallının yayda çox sərin olan nadir yerlərindəndir. Bura ayaqqabını çıxarıb, yaşıl otun üstündə dincəlmək üşün ideal istirahət yeridir. Statistika Zəngin koloritli cənub bölgəsinin bir parçası olan Masallıda həyat qaynayır. Statistikaya görə, Masallı əhalinin ən sıx yaşadığı ərazilərdəndir. Bir kvadrat km-ə burada 285 yaşayış evi düşür. Bu rəqəm dünya göstəricisindən 7 dəfə, respublikadan isə 3 dəfə çoxdur. Viləşçay Uzunluğu 115 km olan Viləş subtropik zonanın ən uzun dağ çayıdır. Masallının düz mərkəzindən keçərək, onu iki hissəyə bölür. Viləşçay həm də Leriklə Masallı arasında sərhəd rolunu oynayır. İstisu ərazisindən keçən çayın digər sahili Lerik ərazisi hesab edilir. Dağ yürüşlərini sevənlər buradan Lerikə piyada yollana bilərlər. Tarixi mənbələrdə Viləşçayın adı eradan əvvəlki minilliklərdə çəkilir. Yunan coğrafiyaşünası Ptolomey Xəzər dənizinin xəritəsini çəkərkən, Viləşça-yın Qızılağac körfəzinə töküldüyünü göstərir Klavdi Ptolomey ( 70 – 147) Antik dövr Qafqaz Albaniyası haqqında yazan müəlliflərdən biridir. II yüzilliyin tanınmış coğrafiyaçı və astronomudur. Onun əsərində Albaniyanın hüdudları göstərilir, 29 şəhər və kəndi, çayları, dağ aşırımları və başqalarının coğrafiya koordinatları verilib. Azərbaycanın antik coğrafiyasının öyrənilməsi üçün dəyərli qaynaq sayılır. Masallı mehmanxanası Şəhərin mərkəzində yerləşir. İl boyunca fəaliyyət göstərən yeganə mehmanxanadır. Postsovet dövründən qalma olsa da, əsaslı təmir olunub. Otelin bağçasına hər kəs heyran qalır. Girişdəki küknar ağacları və dekorativ bitkilərdən ətrafa yayılan xoş qoxu ayaq saxlamağa vadar edir. Otel sahibi eyni zamanda gülçülüklə məşğul olur. Burada rastlayacağınız maqnoliya, evkalipt, tuya, jasmin, limon, akasiya, Himalay kedrləri daxil, dünyanın fərqli iqlim zonalarında yetişən ağac növlərindən seçib, satın almaq olar. Otel sahibinin xoşuna gəlsəniz, gözəl bir dibçək hədiyyəyə də sahib ola bilərsiniz. Cənublular Masallıda diqqəti çəkən məqamlardan biri yerlilərin çox mehriban və səmimi davranışıdır. Bundan başqa, cənub insanının zəhmətkeş, çalışqan olmasıdır. Qarışqa yuvasını xatırladan cənubda insanlar torpağa bağlıdır. Çalışmaqdan əlləri qabarmış kəndlilər çox yorğun olsalar belə, kömək istəyəndə, əllərindəki işi kənara qoyub, canla-başla yardım edirlər. Cənub camaatından söz düşəndə Masallının ağsaqqallarından olan Hacı Cavanşiri xatırlayıram. Həcc ziyarətinə velosipedlə gedib – gəlməsi ilə Masallının tarixinə düşüb. Qəriblər kəndində Hacının məşhur balıq təsərrüfatı var. Yeri gəlmişkən, ürəyi balıq istəyənlər burada balıq ovunda iştirak edə bilərlər. Burada kütüm, sazan, sudak, karp, kefal cinsindən müxtəlif çəkili balıqları şəhər və bazar qiymətlərindən daha ucuz əldə etmək olar. İstisu ərazisindəki istənilən restorana daxil olub, özünüz ovladığınız balığı mətbəxə təhvil versəniz, sizə elə bir balıq ziyafəti təşkil edərlər ki, dadı damağınızdan uzun illər çıxmaz. Taglar: #masallı #masalli #azərbaycan #azerbaycan #azerbaijan #kəndhəyatı #səyahət #seyahat masallı, masallı mahnısı, masallı toyu 2022 meyxana, masallı toyu, masallı diyarında vəzyət var, masallı istisu, masallıda meyxana, masallı mamed, masallıda qəza, masallı rayonu, masallıda cinayət, masallı istisu istirahət mərkəzi, masallıda yanğın, masallı toyu bəşir, masalli toyu meyxana 2022, masalli mahnisi, masallı, masalli toyu, masalli isti su, masalli mamed, masalli diyarinda vezyet var, masalli toyu meyxana, masalli istirahet merkezleri, masallida yol
Back to Top