Şuşa öz sakinlərinin qayıdışına hazırlaşır – APA TV
#APATV #Prezident #İlhamƏliyev #Şuşa #qayıdış #infrastruktur #Daşaltı #Zarıslı #işğaldövrü #məcburiköçkünlər
Bu gün Azad Şuşa işğaldan sonra sanki ikinci həyatını yaşayır. Şəhərdə bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Yol infrastrukturunun yenidən qurulmasında xüsusi bir canlanma var. Şəhərə gediş-gəlişin rahatlığını təmin etmək üçün Əhmədbəyli-Füzuli-Şuşa yolunun çəkilməsi daha da sürətləndirilib.
Şuşanın işğal dövründə dağıdılmış su mənbələrinin bərpası, yeni layihələrin icrası istiqamətində işlər də görülməkdədir. Bu məqsədlə mayın 8-də Daşaltı kəndində Zarıslıçay nasos stansiyasının açılışı edilib. Dövlətimizin başçısı nasos stansiyasını işə salıb.
Prezident İlham Əliyev Mayın 9-da “Azərişıq” ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin də açılışını edib. Mərkəz sayəsində Şuşa şəhərinin ənənəvi elektrik təchizat şəbəkəsi rəqəmsal xəritə sisteminə köçürülərək planlama və ölçmə işlərinin aparılması təmin ediləcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin açılışında iştirak ediblər.
Erməni işğalı dövründə burada Azərbaycan Prezidentinin təbirincə desək, “şeytan yuvası” – “parlamentin” binasının tikintisi planlaşdırılırdı. Ancaq indi həmin yerdə beşulduzlu otelin açılışı gerçəkləşdirilir.
Şuşada yenidənqurma, təmir, bərpa işləri, şəhərin abadlaşdırılması işləri də davam etdirilir.
Şuşa şəhəri Dövlət qoruğu idarəsinin şöbəmüdiri Səmayə Məmmədova deyir ki, hazırda icrası həyata keçirilən layihələrdən bir neçəsinin gələn ilədək başa çatdırılması nəzərdə tutulur.
Şuşalı keçmiş məcburi köçkünlərin yaxın gələcəkdə doğma şəhərlərinə qayıdışından sonra Prezident İlham Əliyevin tapşırığı ilə burada əsasən yerli sakinlərin işə götürülməsi nəzərdə tutulur. Bu baxımdan əhalinin məşğulluğunun təmin olunması istiqamətində də fasiləsiz iş aparılır, siyahılar dəqiqləşdirilir
✅ Rəsmi saytımız:
✅ Rəsmi facebook səhifəmiz:
✅ Rəsmi instagram səhifəmiz:
✅ Rəsmi twitter səhifəmiz:
✅ Rəsmi teleqram səhifəmiz:
✅ Rəsmi youtube kanalımız:
Copyright © APA TV
Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@