Ermənilərin ABŞ-dakı hiyləsi - Baku TV

Ermənilərin ABŞ-dakı hiyləsi - Baku TV Müxtəlif hərbi münaqişələr zamanı döyüşlərin gedişatına təsir göstərən Türkiyə hərb sənayesinin məhsulu “Bayraktar” pilotsuz uçuş aparatları hələ də dünyanın müzakirə mövzusudur. Məhz bu səbəbdən xüsusən ABŞ-da fəaliyyət göstərən ermənipərəst dairələr Türkiyənin uğurlarından narahatdır. Belə ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının 27 üzvü pilotsuz uçuş aparatının hazırlanması üçün Ağ Evin Ankaraya verdiyi texnoloji və ehtiyat hissə dəstəyinə qarşı çıxıblar. Bu isə qardaş ölkə tərəfindən ciddi narazılıqla qarşılanıb. Konqresmenlər Türkiyənin guya aqressiv xarici siyasət yürütdüyünü əsas gətirərək bu ölkəyə məhdudiyyətlərin tətbiq olunmasını da təklif edirlər. Onlar həmçinin Ankaranın Rusiyadan “S-400” zenit raket kompleksi almasını da xatırlatmağı unutmayıblar. Bu isə Qərbin, xüsusən də ABŞ-ın NATO müttəfiqi olan Türkiyəyə qarşı ziddiyyətli siyasəti və ikili standartlarının dəyişmədiyindən xəbər verir. Görünür, Vətən müharibəsində Ermənistan ordusunu darmadağın ed
Back to Top