Şövkət Ələkbərova — Bakı (Rəsmi Audio)

Şövkət Ələkbərovanın “İfalar, Vol.2” albomundan “Bakı“ mahnısı artıq onlayndır. Şövkət Ələkbərovaya YouTube-da abunə ol: Musiqi: Cahangir Cahangirov Söz: Zeynal Cabbarzadə Şövkət Ələkbərovanı rəqəmsal plaftormalarda dinlə: Keçid: Genius: Sözlər: [Bənd 1] Dilimizin əzbərisən Ay elimin-obamın yaraşığı Babaların yadigarı Gözlərimin işığı Dilimizin əzbərisən Ay elimin-obamın yaraşığı Babaların yadigarı Gözlərimin işığı [Keçid] Neçə-neçə gün dolanıb Ay dolanıb, illər ötüb Şərəfini dastan edib Nəğmə kimi illər ötür Bakımız [Nəqərat] Balanam, dolannam başına mən... Küləyin gur səsimiz Torpağın doğma, təmiz Sən mənimsən Bakı, mənim məskənimsən Bakı, mənim məskənimsən [Bənd 2] Bulud ötər, göy açılar Dalğalara cumar ağ qağayılar Gilavarı meh gətirər Sərin olar havalar Bulud ötər, göy açılar Dalğalara cumar ağ qağayılar Gilavarı meh gətirər Sərin olar havalar [Keçid] Küçələri bərli-bəzək Hey yaşıl, əlvan şəhərim Gecələri nəğməlimin Səsli çıraqban şəhərim Bakımız! [Nəqərat] Balanam, dolannam başına mən... Küləyin gur səsimiz Torpağı doğma, təmiz Sən, mənimsən Bakı, mənim məskənimsən Bakı, mənim məskənimsən [Bənd 3] Buruqların yan-yanadır Ay elin, dövlətin, şöhrəti, şanı Adın ilə fəxr eləyir Azərbaycanım Buruqların yan-yanadır Ay elin, dövlətin, şöhrəti, şanı Adın ilə fəxr eləyir Azərbaycanım [Keçid] Öpə-öpə sahilini Göy Xəzərin dalğaları Ucalır Qız Qalası Tarixinin yadigarı Bakımız [Nəqərat] Balanam, dolannam başına mən... Küləyin gur səsimiz Torpağı doğma, təmiz Sən mənimsən Bakı, mənim məskənimsən Küləyin gur səsimiz Torpağı doğma, əziz Sən, mənimsən Bakı, mənim məskənimsən Şövkət Ələkbərova tərəfindən ifa olunan “Bakı” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları “mikpro” tərəfindən qorunur. © 2022 Etiketlər: #ŞövkətƏləkbərova #Bakı #mikpro
Back to Top