Şövkət Ələkbərova — Gəlmədin (Rəsmi Audio)

Şövkət Ələkbərovanın “İfalar, Vol.3” albomundan “Gəlmədin“ ifası artıq onlayndır. Şövkət Ələkbərovaya YouTube-da abunə ol: Musiqi: Cahangir Cahangirov Söz: Ənvər Əlibəyli Şövkət Ələkbərovanı rəqəmsal plaftormalarda dinlə: Keçid: Genius: Sözlər: [Muğam] Ən ülvi, təmiz duyğudur insanda məhəbbət Ən ülvi, təmiz duyğudur insanda məhəbbət Ömrün yoluna nur səpir hər yanda məhəbbət Dünya da məhəbbətlə dönür, fırlanır ancaq Məhvər də məhəbbətdir, bu dövran da məhəbbət Ad-san da, şərəf-şan da bir övladıdır eşqin Ad-san da, şərəf-şan da bir övladıdır eşqin Şövkət də məhəbbətdir, gülüm, şam da məhəbbət Min yol de ki: “Sev, sevgidir insanı ucaldan” Min yol de ki: “Sev, sevgidir insanı ucaldan” Yox faidəsi, yoxsa əgər canda məhəbbət Həm zövqüdür, həm cövrüdür ömrün, o, həyatın İnsanı ucaldan da, qocaldan da məhəbbət Mən bəxtiyar oldum, Mən bəxtiyar oldum O zamandan ki, sevildim Min can yaşadır əzm ilə bir canda məhəbbət Məhəbbət, ay [Bənd 1] Sevə-sevə gəzdim bu elləri Qara telə düzdüm mən gülləri Baxa-baxa yollara axtarıram səni mən Baxa-baxa yollara axtarıram səni mən [Nəqərat] Şirin sözüm, gəlmədin İki gözüm, gəlmədin Şirin sözüm, gəlmədin İki gözüm, gəlmədin [Keçid] Könül verib sevdiyim harada qaldı, gəlmədi? Könül verib sevdiyim harada qaldı, gəlmədi? [Nəqərat] İlk bahar gəldi, durnalar gəldi Bircə sən gəlib çıxmadın Harada qalmısan? İlk bahar gəldi, durnalar gəldi Bircə sən gəlib çıxmadın Harada qalmısan? [Bənd 2] Sənsiz könlüm evi, inan, odlanar Sən gəlməsən, qəlbim bir an odlanar Baxa-baxa yollara axtarıram səni mən Baxa-baxa yollara axtarıram səni mən [Nəqərat] Şirin sözüm, gəlmədin İki gözüm, gəlmədin Şirin sözüm, gəlmədin İki gözüm, gəlmədin [Keçid] Könül verib sevdiyim harada qaldı, gəlmədi? Könül verib sevdiyim harada qaldı, gəlmədi? [Nəqərat] İlk bahar gəldi, durnalar gəldi Bircə sən gəlib çıxmadın Harada qalmısan? İlk bahar gəldi, durnalar gəldi Bircə sən gəlib çıxmadın Harada qalmısan, of a balam, ey? Şövkət Ələkbərova tərəfindən ifa olunan “Gəlmədin” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları “mikpro” tərəfindən qorunur. © 2022 Etiketlər: #ŞövkətƏləkbərova #Gəlmədin #mikpro
В начало