Xəzər Süleymanlı-SƏN GƏRƏK ÖZÜNÜ TANITMAYAYDIN (Nüsrət Kəsəmənlinin şeiri)
şeir: Nüsrət Kəsəmənli
səs: Xəzər Süleymanlı
#xezersuleymanli #xəzərsüleymanlı
Sən gərək özünü tanıtmayaydın,
Mənə bu üzünü tanıtmayaydın.
Yenə də həyatı səndən umaydım,
Elə biləydim ki, dünyada təksən.
İllərin ömrümdən apardığını
Elə biləydim ki, gətirəcəksən.
Bahar gözləyirdim, yenə də qışdı,
Bir arzu, bir ümid öldürməkdənsə
Aldana-aldana yaşamaq xoşdu;
Sən gərək özunü tanıtmayaydın...
Sənə baxa-baxa sənin üzündə
Görünür özgəni sevmişəm onda.
Hər titrək sözümü sənin gözündə
Yəqin özgəsinə demişəm onda.
Hissin xumarında yumub gözünü
Onda məhəbbətim yuxulu imiş.
Sonradan oyanıb, onda bilib ki,
Suyun lal axanı qorxulu imiş;
Sən gərək özünü tanıtmayaydın.
Sən gərək özünü tanıtmayaydın;
Ömür də beləce keçib gedəydi.
Sadəlövh qəlbimdən, məhəbbətimdən,
Keçdiyim yollardan utanıram mən;
Yuxulu gözümdən ağrılar keçir,
Yanımdan sevgisi doğrular keçir,
Səndən yox, onlardan utanıram mən...
Sən gərək özünü tanıtmayaydın,
Mənə bu üzünü tanıtmayaydın..
1 view
684
271
8 months ago 00:00:58 1
Xəzər Süleymanlı-Sən hardan biləsən necəyəm indi
8 months ago 00:01:32 1
Xəzər Süleymanlı-SƏN GƏRƏK ÖZÜNÜ TANITMAYAYDIN (Nüsrət Kəsəmənlinin şeiri)
10 months ago 00:04:01 1
Mirelem Mirelemov - Sene Mektub Yazacam
11 months ago 00:01:36 1
Xəzər Süleymanlı-UZAQDAN SEVİRƏM SƏNİ
12 months ago 00:03:01 1
Xəzər Süleymanlı - Sən məndəsən (Tural & Toğrul - Bir nəfəs kimi)
1 year ago 00:01:01 1
Xəzər Süleymanlı- Mən səni unuda bilmirəm axı..
1 year ago 00:01:16 1
Xəzər Süleymanlı — Məni görsən, qucaqla | Baku 2018
2 years ago 00:02:48 6
Xəzər Süleymanlı-SƏNİN AD GÜNÜNÜ SƏNSİZ KEÇİRDİM (Nəriman Həsənzadənin şeiri)
3 years ago 00:01:19 1
Xəzər Süleymanlı-Qayıt, gəl (Asim Bəy Kazımsoyun şeiri)
4 years ago 00:02:11 1
Xəzər Süleymanlı-Səndən yaman küsmüşəm (Bəxtiyar Firuzənin şeiri)
4 years ago 00:02:46 1
Ramiz Rövşən-Son görüş (səs: Xəzər Süleymanlı )
4 years ago 00:02:15 1
Xəzər Süleymanlı-Xəyanət (Elvir Axundun şeiri)
4 years ago 00:00:49 2
Xəzər Süleymanlı-Sən mənim ən gözəl yuxum (Fərid Hüseynin şeiri)