LƏNKƏRAN RAYONU, HAVZAVA KƏND MƏKTƏBİNİN TARİX MÜƏLLİMİ VƏ TƏDQİQATÇI-TARİXÇİ İLDIRIM ŞÜKÜRZADƏ

Əziz həmvətənlərim! Mənə elə gəlir ki, İldırım Şükürzadənin xüsusi təqdimata ehtiyacı yoxdur. Sosial şəbəkə istifadəçiləri onu tədqiqatçı-tarixçi kimi çox gözəl tanıyır. Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin tarix müəllimi olan İldırım Şükürzadə pedaqoji fəaliyyətlə yanaşı, eyni zamanda bölgəmizin tarixi, abidələri, toponimləri və etnoqrafiyasının tədqiqi ilə də məşğul olur. 11 kitab və çoxlu sayda məqalənin müəllifi olaraq bölgənin səlnaməçiləri sırasına adını qızıl hərflərlə həkk etdirmişdir. İldırım müəllim zəhmətkeş insandır. Daim axtarışdadır. Yeni-yeni məqalələr yazır, kitablar üzərində işləyir. İldırım müəllimin fəaliyyətini izləyir, etdiyi paylaşımlarından əlavə bilgilər əldə edirəm. İldırım müəllim mənim və müəllifi olduğum “Qasımlı kəndi“ kitabı haqqında xoş sözlər səsləndirmişdir. Onun fikirləri məni tədqiqata daha da sövq etməklə, mənə əlavə stimul vermiş olur. Hörmətli İldırım müəllimə xoş sözlərə görə təşəkkür edir, ona can sağlığı, uzun ömür və yaradıcılıq uğurları arzulayıram! Allah sizi qorusun, gözəl insan, dəyərli ziyalı! Hörmətlə: Murmansk Vilayəti İctimai Təşkilatı “Azərbaycan Mədəniyyət Mərkəzi“nin sədr müavini - Fəyyazlı Mehdi Afiq oğlu.
Back to Top