Paşinyan Azərbaycanın uğurundan danışdı - BAKU TV

Paşinyan Azərbaycanın uğurundan danışdı - BAKU TV Aktual xəbərlərimiz Baş nazir Nikol Paşinyan hökumətin parlamentlə birgə keçirdiyi iclasında ölkəsinin silah-sursat alması məsələsində maneələrlə üzləşdiyini bildirib. O, əsas narazılığını müttəfiq dövlətlərə yönəldib. Baş nazirin sözlərinə görə, bəzən elə hallar olub ki, Ermənistan silah almaq üçün yüz milyonlarla dollar ödəyib, lakin müttəfiq ölkələr tədarük öhdəliklərini yerinə yetirməyib. “Bunlar ağrılı reallıqlardır və biz vəziyyəti dərindən təhlil etməliyik“, - Paşinyan vurğulayıb. O qeyd edib ki, bu məsələdə Azərbaycanın Ermənistanın müttəfiqləri ilə qurudğu münasibətlər xüsus rol oynayıb: “Bu mənada onların uğurları var: imkan daxilində Ermənistana silah-sursat verilməsinin qarşısını almağa çalışırlar”. Paşinyan müttəfiq dövlətlərdən narazılıq edərkən ad çəkməsə də, Ermənistan mətbuatı Baş nazirin Rusiyanı nəzərdə tutduğunu vurğulayıb. Paşinyan həmçinin bildirib ki, beynəlxalq müşahidəçilərin yerləşdirilməsi Ermənistan-Azərbaycan sərhədində gərginliyi aradan qaldırmağa kömək edəcək. Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır. Sosial şəbəkələrimiz © 2022 © All Rights Reserved ℗ Baku TV #bakutv #xeberler #news #bakutvxeber #bakutv #bakutvnews #xəbərlər #qarabag #qarabagda #veziyyet #qarabağda #vəziyyət
Back to Top