Ermənistan rəhbərliyi səfalət içində boğulan bir cəmiyyəti xilas etmək niyyətinə düşüb - Baku TV

Ermənistan rəhbərliyi səfalət içində boğulan bir cəmiyyəti xilas etmək niyyətinə düşüb - Baku TV Ermənistanın Baş naziri Nikol Paşinyanın sentyabrın 15-də ölkə parlamentində Azərbaycanla bağlı etirafları bir çox şeydən xəbər verdi. Bu ritorika Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, Naxçıvan dəhlizinin açılması və yekun sülh müqaviləsinin imzalanması kimi izah oluna bilər. Əslində, bu təslimçi ruhun arxasında həm də Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə, strateji nöqtələrdə möhkəmlənməsi, sərhəddə yeni mövqelər qurması dayanır. Belə olan halda Ermənistan rəhbərliyi artıq regionda dəyişən reallığı ya başa düşüb, ya da ki səfalət içində boğulan bir cəmiyyəti xilas etmək niyyətindədir. Bir sözlə, Ermənistan rəhbərliyi artıq başa düşür ki, başqa çarə yoxdur və Azərbaycanın diktə etdiyi şərtlər istisnasız yerinə yetirilməlidir. Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır. Baku.
Back to Top