Kəlbəcərdə şəhid olan əsgərimiz GÖRÜN KİM İMİŞ - Baku TV

Kəlbəcərdə şəhid olan əsgərimiz GÖRÜN KİM İMİŞ - Baku TV Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan Nəzərov Ayaz Azər oğlu Tovuz rayon Bozalqanlı kəndindəndir. O, doğulub, boya-başa çatdığı rayonda dəfn olunacaq. 24 yaşlı Ayaz Nəzərov ailənin 2-ci oğludur. O, subay olub. Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub. Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub. “Baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür“, - deyə MN-in məlumatında bildirilir. Baku TV 2018-ci ildən xəbər kanalı kimi fəaliyyət göstər
Back to Top