Azərbaycanın müdafiə naziri Türkiyənin milli müdafiə naziri ilə görüşüb
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə dekabrın 5-də Türkiyənin milli müdafiə naziri cənab Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda qonaqları müdafiə naziri general-polkovnik Z.Həsənov qarşılayıb.
Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi olub, hər iki ölkənin müdafiə nazirləri fəxri qarovulun önündən keçib. Azərbaycan və qardaş Türkiyənin dövlət himnləri səsləndirilib.
Qarşılama mərasimindən sonra müdafiə naziri və nazirliyin digər rəhbər heyəti Türkiyə nümayəndə heyəti ilə görüşüb.
Görüşdə həmçinin Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, Quru Qoşunları komandanı ordu generalı Musa Avsever, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Atilla Gülan, Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment Tatlıoğlu, eləcə də Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Cahit Bağcı və digər rəsmilər iştirak edib.
General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf etdiyini qeyd edib və bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Qardaş ölkəyə səfərindən məmnunluğunu ifadə edən cənab göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkələrimiz arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.
Görüşdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakı şəhəri, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərində keçirilən “Qardaş yumruğu“ birgə təliminin mühüm əhəmiyyətə malik olduğu xüsusi vurğulanıb.
Qarşılıqlı maraq doğuran mövzulara dair aparılan fikir mübadiləsi zamanı ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin regional təhlükəsizlik məsələləri də müzakirə edilib.
7 views
5
1
5 months ago 00:34:56 1
MÜXALİFƏT KİMƏ LAZIMDIR?! İLK BƏLƏDİYYƏ SEÇKİLƏRİNİ AXCP VƏ MÜSAVAT HÖKUMƏTƏ SATDI
6 months ago 00:02:28 1
Mənim 2023-cü ilim
6 months ago 00:12:31 1
İlham Əliyev kimdir? - [BİOQRAFİYA]
6 months ago 00:02:17 1
İlham Aliyev Doğum günü
9 months ago 00:01:25 8
Müdafiə Nazirliyinin rəhbər heyəti Anım Günündə şəhidlərimizin məzarlarını ziyarət edib
11 months ago 00:00:16 9
Мурад легенда делает сальто
1 year ago 00:00:58 1
“ TƏK QAPI “ / Bəhram Rəcəbzadə (AZE) vs Luis Tavares (NED) / RH İCMAL
1 year ago 00:13:54 6
Lahıc 3000 illik tarixi qəsəbə | İsmayıllı #lahic #ismayilli #trawel #guide #nature #old #art #vlog
1 year ago 00:02:20 8
Azərbaycan ilə Gürcüstan arasında Müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb
1 year ago 00:01:28 1
Müdafiə naziri Novruz bayramı münasibətilə hərbi hospitalı ziyarət edib
1 year ago 00:02:26 2
Azərbaycan ilə Gürcüstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
2 years ago 00:00:58 5
Rusiya MN-in açıqlaması erməniləri qəzəbləndirdi - BAKU TV
2 years ago 00:02:01 4
Qardaş yumruğu təliminin şəxsi heyəti təltif olunub
2 years ago 00:01:19 7
Azərbaycanın müdafiə naziri Türkiyənin milli müdafiə naziri ilə görüşüb
2 years ago 00:03:16 11
Rusiya sülhməramlıları Qarabağı tərk etməyə tələsir?
2 years ago 00:03:23 3
“Ümid edirəm ki, İran hökumətinin ermənipərəst hərəkətləri sülhə xələl gətirməyəcək”
2 years ago 00:05:40 17
“İran Azərbaycana bir güllə atdığı gün, öz sonuna imza atmış olacaq!“
2 years ago 00:02:47 3
Müdafiə naziri gənc zabitlərin təlim-məşq prosesi ilə tanış olub
2 years ago 00:01:29 10
Azərbaycan ilə İsrail arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
2 years ago 00:02:07 11
Ermənistanın keçmiş prezidentləri arasında qalqamal - BAKU TV
2 years ago 00:01:33 5
Xocavənd rayonu ərazisində yeni qərargah binası istifadəyə verilib
2 years ago 00:07:51 18
Xankəndinin bir addımlığında...
2 years ago 00:02:46 3
Qələbənin ilk müjdəçisi - Aprel döyüşləri - BAKU TV
2 years ago 00:03:16 12
Fərrux yüksəkliyi yenidən şanlı Azərbaycan bayrağına qovuşdu