“Hərbi Dəniz Qüvvələri“ fakültəsinin kursantları ilə praktiki məşğələlər keçirilir

“Hərbi Dəniz Qüvvələri“ fakültəsinin kursantları ilə praktiki məşğələlər keçirilir Heydər Əliyev adına Hərbi İnstitutun 2023-2024-cü illər üçün tədris planı və proqramına uyğun olaraq, “Hərbi Dəniz Qüvvələri“ fakültəsinin kursantları ilə praktiki məşğələlər keçirilir. Əvvəlcə kursantlara gəmidə davranış və təhlükəsizlik qaydaları çatdırılıb, eləcə də şəxsi heyətin gündəlik fəaliyyəti izah edilib. Məşğələlər zamanı baş komanda məntəqəsində idarəetmənin təşkili, döyüş gəmilərinin “Səfərə“ və “Döyüşə“ hazır vəziyyətinə gətirilməsi, radiolokasiya stansiyası vasitəsilə texniki, eləcə də hərəkət zamanı vizual müşahidənin aparılması, Semafor bayraqları ilə siqnal rabitəsinin təşkili üzrə tapşırıqlar yerinə yetirilib. Sonra Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda keçirilən praktiki məşğələlərdə idarəetmənin təhlükəsizliyi və gəminin maşın bölməsində hərəkətvericilərin istismarı qaydaları izah olunub. Məşğələlərin əsas məqsədi kursantların tədris müddətində yiyələndikləri nəzəri biliklərinin və praktiki vərdişlərinin daha da təkmilləşdirilməsidir. ____ Проводятся практические занятия с курсантами факультета ВМС В соответствии с учебным планом и программой Военного института имени Гейдара Алиева на 2023-2024 годы, с курсантами факультета Военно-морских сил проводятся практические занятия. Сначала курсанты были проинформированы о правилах поведения и безопасности на судне, а также о повседневной деятельности личного состава. В ходе учений на главном командном пункте были выполнены задачи по организации управления, приведению боевых кораблей в состояние готовности к походу и бою, ведению посредством радиолокационной станции технического и визуального наблюдения во время движения, организации сигнальной связи семафорными флагами. Затем на практических занятиях, проводимых в азербайджанском секторе Каспийского моря, были разъяснены правила безопасности управления и эксплуатации двигателей в машинном отсеке судна. Основной целью занятий является дальнейшее совершенствование теоретических знаний и практических навыков, приобретенных курсантами в процессе обучения. ____ Naval Forces faculty cadets hold practical classes Under the training plan and program of the Military Institute named after Heydar Aliyev for 2023-2024, practical classes are held with the cadets of Naval Forces faculty. First, the cadets were explained the behavior, safety rules and daily activities of the personnel on the vessel. During the classes at the main command post, tasks on organizing control, bringing warships into a state of readiness for navigation and battle, conducting technical and visual surveillance through a radar station while moving, and organizing signal communications by semaphore flags were accomplished. At the practical classes held in the Azerbaijani sector of the Caspian Sea, the safety rules for the management and operation of engines in the vessel’s engine compartment were explained. The focus of the classes is to further improve the theoretical knowledge and practical skills acquired by the cadets in the training process.
Back to Top